Agentlik 75 minə Bərdə və Tərtərdə üçotaqlı mənzillər alır


Sosial Xidmətlər Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Yeniavaz.com
xəbər verir ki, Agentliyin əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələri üçün Tərtər rayonunda 4 ədəd üçotaqlı mənzilin satın alınması ilə əlaqədar keçirdiyi müsabiqənin qalibi Mehman Rza oğlu Məmmədov olub.
Agentlik 4 ədəd mənzil üçün Mehman Məmmədova 302 min 334 manatın ödənilməsini nəzərdə tutub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Sosial Xidmətlər Agentliyi Tərtər rayonunda bir ədəd üçotaqlı mənzil üçün 75 min 583 manat ödəməyi planlaşdırıb.
Bundan başqa Mehman Məmmədov Bərdə rayonunda da Sosial Xidmətlər Agentliyinə 8 ədəd üçotaqlı mənzilin satacaq və qarşılığında 604 min 668 manat alacaq.
Onu da qeyd edək ki, Mehman Məmmədov ötən il də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzil satıb və qarşılığnda 1 milyon 204 min 640 manat alıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top