
“Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna üçün sülh planını yekunlaşdırmaq üçün mümkün qədər tez, ola bilsin ki, 27 Noyabr Şükran Günündə ABŞ Prezidenti Donald Trampla görüşmək istəyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Zelenskinin aparat rəhbəri Andrey Yermaka istinadən “Axios” məlumat yayıb.
Portal bildirib ki, Tramp çərşənbə axşamı Şükranlıq Günü üçün Vaşinqtonu tərk edəcək və bazar gününə qədər Floridadakı Mar-a-Laqo malikanəsində qalmağı planlaşdırır. Qeyd edilib ki, Yermak görüşün bayram günlərində keçirilməsinin simvolik əhəmiyyət daşıya biləcəyini deyib.
Portal Yermakdan sitat gətirir:
“Ümid edirəm ki, Zelenskinin səfəri mümkün qədər tez baş tutacaq, çünki bu, prezident Trampın müharibəni bitirmək üzrə tarixi missiyasını davam etdirməsinə kömək edəcək”.
Tətbiqimizi yükləyə bilərsiniz