Tramp Si Cinpinin dəvəti ilə apreldə Çinə gedəcək


ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinin 2026-cı ilin aprelində Çinə səfər etmək dəvətini qəbul etdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
Tramp bu qərarı Si Cinpinlə telefon danışığında qəbul etdiyini bildirib.
Amerika liderinin sözlərinə görə, daha sonra Si Cinpinin ABŞ-yə dövlət səfəri baş tutacaq.
Tramp, həmçinin ölkələr arasında razılaşmaların həyata keçirilməsində mühüm irəliləyiş əldə edildiyini qeyd edib.
O, artıq hər iki ölkənin daha geniş məsələlərə diqqət yetirəcəyini bildirib.
“Bununla əlaqədar olaraq, Prezident Si Cinpin məni apreldə Pekinə rəsmi səfərə dəvət etdi və mən də bu dəvəti qəbul etdim. Bunun müqabilində isə o, 2026-cı ilin sonunda dövlət səfəri ilə bizim qonağımız olacaq”, - deyə Amerika lideri əlavə edib.
Qeyd edək ki, ABŞ-nin maliyyə naziri Skott Bessent noyabrın əvvəlində bəyan etmişdi ki, Tramp və Si Cinpin 2026-cı ildə dörd görüş keçirə bilər. O bildirmişdi ki, liderlər iki dövlət səfərindən əlavə, Florida ştatının Doral şəhərində keçirilən İyirmilik Qrupunun (G20) toplantısında və Şenjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunda danışıqlar apara bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top