
Bu ilin 3-cü rübündə işğaldan azad olunan rayonlarda 459 yeni iş yeri açılıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, 2025-ci ilin 3-cü rübündə ən çox iş yeri Xankəndi şəhərində açılıb. Bu rayonda yeni iş yerlərinin sayı 131 olub.
Ən az iş yerinin isə Xocalı və Qubadlı rayonlarında açıldığı bildirilir. Xocalıda 7, Qubadlıda isə 5 yeni iş yeri açılıb.
Yeni iş yerlərinin rayonlar üzrə sayı belə olub:
Xankəndi ş. – 131
Füzuli r. – 79
Laçın r. - 68
Ağdam r. – 41
Zəngilan r. - 32
Şuşa r. – 29
Cəbrayıl r. - 27
Xocavənd r. – 14
Ağdərə r. – 14
Kəlbəcər r. - 12
Xocalı r. – 7
Qubadlı r. - 5
Fəridə Əsədzadə
Tətbiqimizi yükləyə bilərsiniz