
“ChatGPT” istifadəçilərdən 18 yaşdan kiçik olduqlarından şübhələndiyi təqdirdə, şəxsiyyətlərini pasportla təsdiqləmələrini xahiş etməyə başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Habr” portalı məlumat yayıb.
Portalının məlumatına görə, doğrulama tamamlanana qədər sistem “böyüklər üçün” qeyd olunan mövzular üzrə müzakirələrə girişi məhdudlaşdırır.
“OpenAI” təsdiq edib ki, funksiya tədricən yayılır və hazırda əsasən ingilisdilli regionlarda sınaqdan keçirilir.
Şirkətdən verilən məlumata görə, bu dəyişikliyin məqsədi yaş məhdudiyyətlərini tətbiq etmək və yetkinlik yaşına çatmayanların potensial olaraq uyğun olmayan məzmundan müdafiəsini gücləndirməkdir.
Şirkət vurğulayır ki, pasport məlumatlarının emalı təhlükəsizlik tələbləri nəzərə alınmaqla hazırlanıb: məlumat şifrələnmiş formada ötürülür və yalnız yaşın yoxlanılması üçün istifadə olunur.
Ancaq bu yenilik istifadəçlər arasında birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər bu mexanizmi rəqəmsal təhlükəsizlik və normativlərə uyğunluq baxımndan məntiqi addım kimi qiymətləndiriblər. Bəzi istifadəçilər isə yetkin istifadəçilər də səhvən məhdudiyyətlərə məruz qaldığı üçün yeni mexanizmi tənqid ediblər.
“OpenAI” cari yoxlama versiyasının sınaq olduğunu açıqlayıb.
Bildirilib ki, şirkət rəyləri təhlil edir və yaş yoxlamasının alternativ üsullarını, o cümlədən bank kartları və rəqəmsal şəxsiyyət vəsiqələrini nəzərdən keçirir.
Tətbiqimizi yükləyə bilərsiniz