İranda insanabənzər robot adı ilə insan nümayiş olunub? – Video


İranda baş tutan “Kish Inox Tech Expo 2025” sərgisində insanabənzər robotların yerinə insanlardan istifadə olunduğu iddia edilir.
Yeniavaz.com
“Roya News”a istinadla xəbər verir ki, iddiaların mənbəyi sosial şəbəkələrin İran seqmenti və sərgidən yayılan görüntülərdir.
Sözügedən kadrlarda sərgi iştirakçısının “robotlarla” söhbət etməsi əks olunub. Lakin istifadəçilərin əksəriyyəti həmin insanabənzər robotların həqiqətən də insan olduqlarını bildiriblər və bu, müzakirələrə səbəb olub.
Yayılan görüntüləri təqdim edirik:

Qeyd edək ki, sərginin təşkilatçıları hələ ki məsələyə münasibət bildirməyiblər.

DİGƏR XƏBƏRLƏR

Top