
“Hamının gördüyü 28 bəndlik plan artıq mövcud deyil”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Oleksandr Bevz Cenevrədəki danışıqların yekunlarını müzakirə edərkən deyib. .
Bevz qeyd edib ki, bəzi bəndlər çıxarılıb, digərlərinə düzəlişlər edilib:
“Ukrayna tərəfinin heç bir şərhi cavabsız qalmadı”.
O, həmçinin qeyd edib ki, bu plan ətrafında konspirologiya nəzəriyyələri reallıqdan qat-qat üstündür.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu axşam nümayəndə heyətindən Cenevrə danışıqlarının nəticələri ilə bağlı tam hesabat gözləyir. Növbəti addımlar bu hesabat əsasında müəyyən ediləcək.
Tətbiqimizi yükləyə bilərsiniz