“Əl-Nəsr” Səudiyyə Ərəbistanında rekorda imza atdı


Xorxe Jesusun və Kriştianu Ronaldonun “Əl-Nəsr” klubu Səudiyyə Ərəbistanı Liqasındakı doqquz oyunun doqquzunda da qalib gələrək rekorda imza atıb.
Yeniavaz.com
xəbər verir ki, “Əl-Nəsr” liqanın son həftəsində “Əl-Xalic” üzərində 4:1 hesablı qələbə qazanaraq, qələbə seriyasını 9-a çatdırıb.
Bu nəticə klubun bu günə qədər liqadakı ən uzun qələbə seriyası olub.
Matçdan sonra çıxış edən Xorxe Jesus “Əl-Nəsr”i kimin dayandıra biləcəyini bilmirəm, amma məğlubedilməz komanda yoxdur”, - deyib.
Buna baxmayaraq, portuqaliyalı mütəxəssis rekordu artırmaq istədiklərini bildirib.
“Növbəti matçda bu nəticəni yaxşılaşdırmağa çalışacağam”, - Xorxe Jesus əlavə edib.
Qeyd edək ki, liqa yarışında məğlub olmayan “Əl-Nəsr” gələn həftə səfərdə “Nəcma” ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top