
Son 17 ildə – 2008-2024-cü illərdə Azərbaycanda 3 milyon 584 min 783 nəfər sürücülük vəsiqəsi alıb.
Yeniavaz.com xəbər verir ki, bu dövrdə sürücülük vəsiqəsi alan kişilərin sayı 3 milyon 291 min 855 nəfər, qadınların sayı isə 292 min 928 nəfər olub.
Qeyd edək ki, 17 il əvvəl – 2008-ci ildə sürücülük vəsiqəsi alan qadınların sayı cəmi 6 min 187 nəfər olub və bu, ümumi göstəricinin 4,6 faizini təşkil edib. Həmin il kişilərin payı 95,4 faiz olub.
Sonrakı illərdə sürücülük vəsiqəsi alan qadınların sayı artmağa başlayıb. 2024-cü ildə ölkədə 57 min 295 qadın sürücülük vəsiqəsi alıb. Bu, 2008-ci illə müqayisədə 9,3 dəfə artım deməkdir. Qadınların ümumi payı 15,9 faizə yüksəlib ki, bu da son 17 ilin ən yüksək göstəricisidir.
Son 17 ildə Azərbaycanda sürücülük vəsiqəsi alan qadın və kişilərin sayı və cins bölgüsü belə olub:

Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz