“Telegram” Nurməhəmmədovun papaqlarından 4,4 milyon dollar gəlir götürüb


“Telegram” messenceri “Ultimate Fighting Championship” (UFC) üzrə keçmiş çempion Həbib Nurməhəmmədovun papaqlarının yer aldığı kolleksiya əşyalarının hərracından 4 milyon 400 min dollardan çox gəlir əldə edib.
Yeniavaz.com
xəbər verir ki, hərracda orta hesabla 10 100 ulduz qiyməti ilə, ümumilikdə 29 min kolleksiya papağı satılıb.
Bir ulduz üçün qiymət 15-25 sent arasında dəyişib. Ümumilikdə, gəlir təxminən 4 milyon 400 min dollar təşkil edib.
Qeyd edək ki, Nurməhəmmədov 2021-ci ildə yüngül çəkidə UFC çempionu olub. Bu tarixdən sonra o, karyerasını başa vurub.
Nurməhəmmədovun 29 qələbə və 0 məğlubiyyət rekordu var. 2022-ci ildə Nurməhəmmədov UFC Şöhrət Zalına daxil edilib.

DİGƏR XƏBƏRLƏR

Top