
Məlum olduğu kimi, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində beşmərtəbəli binada partlayış baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yeniavaz.com Nazirliyə istinadla xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli ofis binasında yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi və dağıntıların yarandığı müəyyən edilib.
“FHN qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 7 nəfər xilas edilib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədat aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”, - məlumatda deyilir.
***09:45
Nərimanov rayonunda meydana gələn partlayış hadisəsi “AFEN Plaza” biznes mərkəzində baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Real TV” məlumat yayıb.
Həmçinin DİN-in Mətbuat xidmətindən bildirilib ki, partlayışla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib və hadisə yeri mühafizə edilərək zəruri təhlükəsizlik tədbirləri görülüb.
***09:31
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində obyektdə partlayış baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub:
“Əlavə məlumat veriləcək”.
Tətbiqimizi yükləyə bilərsiniz