
Səudiyyə Ərəbistanı çempionatının 9-cu turunda “Əl Nəsr” doğma meydanda “Əl Xələc”i 4:1 hesabı ilə məğlub edib.
Yeniavaz.com xəbər verir ki, meydan sahiblərinin dördüncü qolunu əlavə olunmuş vaxtın 6-cı dəqiqəsində 40 yaşlı portuqaliyalı hücumçu Kriştianu Ronaldo vurub.
Akrobatik zərbə ilə topu çərçivəyə tuşlayan portuqaliyalı ulduz, həmçinin karyerasının 954-cü qolunu vurub.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 27 xalla “Əl Nəsr” başçılıq edir.
Tətbiqimizi yükləyə bilərsiniz