Qırmızı ətin qəbulu bu xərçəng növünün yaranma riskini artırır


Qırmızı ətin qəbulu kolorektal xərçəngin yaranma riskini artırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Mirror” qəzetində dərc olunan məqalədə bildirilir.
“Bir sıra amillərin bağırsaq xərçənginin yaranma riskini artırdığı məlumdur. Qidalanma bu amillərdən biri olaraq qalır, xüsusilə də qırmızı ətin və yarımfabrikatların istifadəsi xəstəliyin yaranma ehtimalını yüksəldir”, - məqalədə qeyd olunub.
Məqalə müəllifi “Nature Communications” jurnalında dərc olunmuş araşdırmaya istinad edərək yazıb ki, əsas rasiondan əlavə olaraq, gündə 300 milliqram kalsium qəbul etməklə yoğun bağırsaq xərçənginin yaranma riskini 17 faiz azaltmaq mümkündür.
Oksford Universitetinin tədqiqatında 542 mindən çox insanın məlumatları təhlil edilib. Nəticədə alimlər müəyyən ediblər ki, süd məhsullarından istifadə edənlər, eləcə də B2 vitamini, maqnezium, fosfor və kalium kimi qida maddələri ilə zəngin qidalar yeyənlər kolorektal xərçəng riskinə daha az məruz qalırlar.

DİGƏR XƏBƏRLƏR

Top