“Titanik” sərnişininin saatı hərracda rekord qiymətə satıldı – Fotolar


“Titanik”in ən zəngin sərnişinlərindən birinə məxsus saat hərracda rekord qiymətə satılıb.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, 1,78 milyon funt-sterlinqə (təxminən 4 milyon manat) satılan qızıl cib saatı Bavariya əsilli amerikalı iş adamı, siyasətçi İsidor Strausa məxsus olub.
Straus və həyat yoldaşı İda 1912-ci il aprelin 14-də Sauthemptondan yola düşən və Nyu-Yorka gedən gəminin göyərtəsində olublar. Gəminin aysberqlə toqquşması və batması nəticəsində onlarla birlikdə 1500-dən çox insan ölüb.

İsidor Strausun cəsədi fəlakətdən bir neçə gün sonra Atlantik okeanından çıxarılıb və onun əşyaları arasında 18 əyar qızıldan düzəldilmiş “Jules Jurgensen” cib saatı da olub.

DİGƏR XƏBƏRLƏR

Top