
London atəşkəs əldə olunarsa, öz hərbi hissələrini “könüllülər koalisiyasının” tərkibində Ukraynaya göndərmək planını artıq hazırlayıb.
Yeniavaz.com xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili “Bloomberg”in sualına cavabında deyib.
“Biz Ukraynada kəşfiyyat apardıq, ona görə də hansı bölmələrdən istifadə edə biləcəyimizi, onları necə yerləşdirə biləcəyimizi və onların hansı rol oynaya biləcəyini bilirik”, - nazir deyib.
Hilinin sözlərinə görə, London öz qoşunlarının göndərilməsi və yerləşdirilməsi üçün 130 milyon dollardan çox xərcləməyə hazırdır.
Tətbiqimizi yükləyə bilərsiniz