
“Birmingem City” 62 min yerlik yeni stadion tikəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında məlumat yayıb.
Klubun hazırkı “Sent Endryus” stadionu 29 409 tamaşaçı tutumuna malikdir.
Yeni stadionun 12 tüstü bacası, açılan damı və daşınan meydançası olması planlaşdırılır.
ESPN-in məlumatına görə, bu idman qurğusunun tikintisinin dəyəri ən azı 2,5 milyard funt sterlinq (2,8 milyard avro) olacaq. Stadionun 2030/2031 mövsümünün əvvəlinə kimi təhvil verilməsi gözlənilir.
Qeyd edək ki, “Birmingem City” İngiltərə çempionatında oynayır. 15 oyundan sonra komandanın 21 xalı var və hazırda 11-ci pillədə qərarlaşıb.
Tətbiqimizi yükləyə bilərsiniz