
Cümhuiyyət Xalq Partiyası (CHP) Türkiyə Böyük Millət Məclisində (TBMM) yaradılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komitəsinin İmralı adasındakı ağır rejimli cəzaçəkmə müəssisəsində saxlanılan PKK lideri Abdullah Öcalanla görüş üçün planlaşdırılan səfərlə bağlı mövqeyinə aydınlıq gətirib.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, CHP-nin TBMM-dəki qrupunun sədr müavini Murat Emir partiyanın İmralıya nümayəndə heyəti göndərməyəcəyini açıqlayıb.
Emir məsələ ilə bağlı verdiyi açıqlamada partiyadan İmralıya üzvlərin göndərilməsini məqsədəuyğun hesab etmədiklərini qeyd edib.
Sədr müavini həmçinin hər bir siyasi partiyanın öz mövqeyini açıq şəkildə bildirməsinin vacib olduğunu deyib.

“Əgər belə bir səfər bir nümayəndə heyəti, indiki halda beş nəfərlik heyət tərəfindən həyata keçiriləcəksə, bu, səsvermə yolu ilə həyata keçirilməlidir”, - Emir əlavə edib.
“Biz sülh üçün atılan addımları tam dəstəkləyirik. Terrorsuz və demokratik bir proses qurmaq əzmi ilə komissiyada qalmaqda davam edəcəyik”, - o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz