
Məşhur “Hollivud” aktyoru Kevin Kostner “United” siyasi dram serialında ABŞ-nin keçmiş prezidenti Bill Klintonu canlandırmaq üçün danışıqlar aparır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “”Variety” nəşri məlumat yayıb.
Məlumata görə, layihə ilkin hazırlıq mərhələsindədir və Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə ortaq şəkildə istehsal olunacaq.
Aktyorluqla yanaşı Kostner bu layihədə Leonardo Dikaprio ilə birlikdə icraçı prodüser kimi fəaliyyət göstərəcək.
Layihənin rejissoru və ssenaristi Devid Reymond olacaq.
Serial dünya üzrə humanitar yardım işçilərinin qəhrəmanlığı və fəakarlığı haqqında real hekayələrdən bəhs edəcək.
Çəkilişlər gələn il Atlanta və İspaniyada planlaşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz