
Dekabrın 10-dan etibarən sosial media şirkətləri Avstraliyada yaşı 16-dan aşağı olanların öz platformalarında hesab yarada bilməmələrini və mövcud hesabların deaktiv edilməsini və ya silinməsini təmin etmək üçün “ağıllı addımlar” atmalı olacaqlar.
Yeniavaz.com BBC-yə istinadla xəbər verir ki, bu barədə Avstraliya hökuməti qərar qəbul edib.
Qərarda deyilir ki, bu qadağa uşaqların sosial mediada məruz qala biləcəyi təzyiq və riskləri azaltmağa yönəlib.
Bu ilin əvvəlində hökumətin tapşırığı ilə aparılan araşdırmada Avstraliyada 10-15 yaşlı uşaqların 96%-nin sosial mediadan istifadə etdiyi və hər 10 uşaqdan yeddisinin zərərli məzmun və davranışlara məruz qaldığı bildirilib.
Qadağanın tətbiq ediləcəyi sosial media platformaları bunlardır:
“Facebook”, “Instagram”, “Snapchat”, “Threads”, “TikTok”, “X”, “YouTube”, “Reddit”.
Həmçinin “Kick” və “Twitch” platformaları da bu siyahıya daxil edilib.
Tətbiqimizi yükləyə bilərsiniz