Zelenski Kiyevdə amerikalı generallarla görüşdü − ABŞ-nin sülh planı təqdim edildi


Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ ordusunun katibi Den Driskolun başçılıq etdiyi ABŞ-nin yüksək rütbəli hərbi rəsmilərindən ibarət nümayəndə heyəti ilə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbəyə istinadən məlumat yayıb. 
Başlayan görüşün tezliklə geniş tərkibdə keçiriləcəyi gözlənilir. Konkret olaraq görüşdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov iştirak edəcək.
Nəşr daha əvvəl yazıb ki, görüşdə ABŞ generalları Zelenskiyə ABŞ-nin çərçivə sülh planını təsdiqləmək üçün təzyiq etməyə çalışacaqlar.
Ukrayna prezidentinin ofisi təsdiq edib ki, görüşdə generallar ABŞ-nin sülh planını rəsmi şəkildə Zelenskiyə təqdim ediblər. Ukrayna prezidenti bunu tezliklə Donald Trampla müzakirə etməyi planlaşdırır.

DİGƏR XƏBƏRLƏR

Top