Rusiyada minimum əməkhaqqı artırılacaq


Rusiya Dövlət Duması 2026-cı il yanvarın 1-dən minimum əməkhaqqının 27 min 93 rubl (575 manat) səviyyəsində müəyyən edilməsini nəzərdə tutan qanunu yekun oxunuşda qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, qanuna dəyişikliklərə əsasən, minimum əməkhaqqının 2026-cı ildə 20,7% artırılması planlaşdırılır.
Bildirilib ki, Rusiya Prezidentinin göstərişlərinə əsasən, minimum əməkhaqqının 2030-cu ilə qədər 2023-cü ilin səviyyəsi ilə müqayisədə iki dəfə artaraq ən azı 35 000 rubla (741,5 manat) çatdırılması hədəflənir.
Açıqlanan rəsmi məlumatda bildirilir ki, minimum əməkhaqqının artırılması ölkədə təxminən 4,6 milyon işçinin maaşının yüksəlməsinə səbəb olacaq.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top