
Noyabrın 20-də Aİ xarici işlər nazirlərinin Rusiya neftini daşıyan tankerlərə qarşı yeni sanksiyaları müzakirə edəcəyi gözlənilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə mənbələrə istinadla “Bloomberg” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, iclas iştirakçıları Rusiyanın Aİ sanksiyalarından yan keçmək üçün istifadə etdiyi gəmiləri qeydiyyatdan keçirən dövlətlərlə əməkdaşlığın intensivləşdirilməsini nəzərdən keçirəcəklər.
Qeyd edək ki, noyabrın 17-də ABŞ Prezidenti Donald Tramp Rusiya ilə əməkdaşlığı davam etdirən ölkələrə qarşı amerikalı senatorlar Lindsi Qrem və Riçard Blumentalın təklif etdiyi qanun layihəsini dəstəkləyib.
Sənədə Rusiyadan neft, qaz, uran və digər strateji əhəmiyyətli resursları alan ölkələrdən idxala 500% tariflər daxildir.
Təklif olunan tədbirlər Rusiya ilə əməkdaşlığın iqtisadi səmərəsini azaltmağa və tərəfdaş ölkələri öz xarici ticarət siyasətlərində düzəliş etməyə təşviq etməyə əsaslanır.
Tətbiqimizi yükləyə bilərsiniz