
Polşa Rusiyanın şimal liman şəhəri Qdanskda yerləşən ölkədəki sonuncu konsulluğunun fəaliyyətini dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə xarici işlər naziri Radoslav Sikorski Seymdəki çıxışında bildirib.
O bunu, istintaqın təxribat aktı kimi qiymətləndirdiyi Varşava-Lublin dəmir yolu relslərinə dəyən ziyana cavab adlandırıb. Sikorski vurğulayıb ki, konsulluğun bağlanması Polşa hakimiyyətinin təxribata yeganə cavabı olmayacaq.
Qdanskdakı konsulluq bağlandıqdan sonra Polşada yalnız bir Rusiya diplomatik missiyası - Varşavadakı səfirlik qalacaq. Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəl bu ölkədə bir neçə konsulluq fəaliyyət göstərib.
Qeyd edək ki, bir gün əvvəl səlahiyyətlilər, təxribatı törətməkdə ittiham olunan şübhəlilərin, Ukrayna vətəndaşlarının, Rusiya xüsusi xidmət orqanlarının adından hərəkət etdiklərini açıqlayıblar. Moskva ittihamları rədd edib.
Tətbiqimizi yükləyə bilərsiniz