
Məşhur “Warner Bros” şirkəti “Fənərbağça”nın futbolçusu Kərəm Aktürkoğlunu məhkəməyə verib.
Yeniavaz.com “Türkiye” qəzetinə istinadla xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin qol sevincini bölüşərkən, Harri Potteri təqlid etməsi olub.
“Warner Bros” İstanbul Əqli və Sənaye Mülkiyyət Hüquqları Məhkəməsinə müraciətində “Harry Potter”, “Hogwarts”, “Gryffindor” kimi çoxsaylı terminlərin Türkiyədə Türk Patent və Ticarət Nişanları İdarəsində qeydiyyatdan keçdiyini bildirib.
Şirkət qeyd edib ki, bu ticarət nişanları kitab və filmlərlə məhdudlaşmır, onlar dünya səviyyəsində tanınır və yüksək kommersiya dəyərinə malikdirlər.
Ərizədə futbolçunun öz yazılarında açıq şəkildə bu ticarət nişanlarına istinad etdiyi bildirilib.
Qəzetin yazdığına görə, məhkəməyə təqdim edilən sənədlərdə Aktürkoğlunun sosial media hesablarında da bu elementlərdən icazəsiz istifadə etdiyini və həm müəllif, həm də ticarət nişanı hüquqlarını pozduğunu iddia edib.
İddiaya İstanbul Əqli və Sənaye Mülkiyyət Hüquqları Mülki Məhkəməsində baxılacağı və şirkətin bunun üçün futbolçudan təzminat tələb edəcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz