
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə keçmiş Qarabağ münaqişəsi mövzusunda telefon danışığı aparmasından bəhs edib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Vaşinqtonda ABŞ-Səudiyyə Ərəbistanı Biznes Forumunda çıxışı zamanı bildirib.
Tramp Putinlə telefon danışığında onun bu münaqişəni həll etdiyinə inana bilmədiyini qeyd edib.
“Bu münaqişə neçə illərdir davam edirdi. Putin mənə zəng edib dedi ki, sənin bu münaqişəni həll edə bildiyinə inana bilmirəm, biz bunu uzun müddətdir həll etməyə çalışırdıq. Mən dedim ki, bu barədə narahat olma, sadəcə olaraq, imkan ver, sənin lənətə gəlmiş müharibəni həll edim. Mənim heç bir köməyə ehtiyacım yoxdur. Mənim sizin müharibənizlə bağlı köməyə ehtiyacım var”, - Tramp Putinlə telefon danışığını şərh edərkən deyib.
Tətbiqimizi yükləyə bilərsiniz