“Mançester Siti” Arda Gülər ​​üçün 100 milyon avro ödəməyə hazırdır


“Mançester Siti” “Real Madrid”in gənc futbolçusu Arda Güləri transfer etməyi düşünür və onun potensial transferini 100 milyon avroya qiymətləndirir.
Yeniavaz.com
“Fichajes”ə istinadən xəbər verir ki, klub onu tarixində ikinci ən bahalı transfer etməyə hazırdır.
Mənbəyə görə, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Gülərin onun taktiki sisteminə mükəmməl uyğunlaşacağına inanır. Bununla belə, Xabi Alonsonun rəhbərliyi altında türk “Real Madrid”in heyətində əsas oyunçudur. Futbolçu komandanın inkişafının əvəzsiz elementi hesab olunur. Onun Madrid klubu ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Qeyd edək ki, “Transfermarkt”ın məlumatına görə, Arda Gülərin hazırkı bazar dəyəri 60 milyon avrodur.

DİGƏR XƏBƏRLƏR

Top