
Aİ qoşunların Avropada mobil hərəkətini təmin etmək üçün 2030-cu ilə qədər hərbi nəqliyyat infrastrukturunun modernləşdirilməsinə 100 milyard avro sərmayə qoymaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının “hərbi Şengen” sisteminin yaradılması üçün dərc etdiyi planda bildirilir.
“Avropa Komissiyası təcili modernləşdirmə tələb edən 500 bənddən ibarət dörd prioritet nəqliyyat dəhlizi müəyyən edib. Bu təkmilləşdirmələr 2030-cu ilə qədər təxminən 100 milyard avro tələb edəcək”, - sənəddə qeyd edilir.
Tətbiqimizi yükləyə bilərsiniz