
2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin pley-off mərhələsinin püşkatma mərasimi üçün səbətlər açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, püşkatma noyabrın 20-də keçiriləcək.
Səbətlər aşağıdakı kimi formalaşıb:
Birinci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna.
İkinci səbət: Polşa, Uels, Çexiya, Slovakiya.
Üçüncü səbət: Albaniya, İrlandiya, Bosniya və Herseqovina, Kosovo.
Dördüncü səbət: Rumıniya, İsveç, Şimali Makedoniya, Şimali İrlandiya.
8 yarımfinal oyunu martın 26-da, 4 final oyunu isə martın 31-də keçiriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz