
1 trilyon dollarlıq bonusu nəticəsində amerikalı iş adamı İlon Mask qarşıdakı 10 il ərzində hər il ABŞ-nin bütün ibtidai məktəb müəllimlərindən çox qazanacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat ”The Washington Post” qəzetinin hesablamalarında öz əksini tapıb.
Nəşrin qeyd etdiyinə görə, Mask yaxın 10 il ərzində 1 trilyon dollar qazanacaq ki, bu da illik 100 milyard dollar gəlirə bərabər olacaq.
Bu məbləğ ABŞ-də 2024-cü ilin statistikasına görə, 97 milyard dollar qazanacaq bütün 1,4 milyon ibtidai məktəb müəlliminin ümumi gəlirindən çox olacaq.
Bundan əlavə, qəzet ABŞ-dəki 917 min insan resursları mütəxəssisinin hamısının keçən il Maskın qazancından təxminən 27 milyard dollar az qazandığını hesablayıb.
Qeyd edək ki, bundan əvvəl “Tesla” səhmdarları İlon Maska təxminən 1 trilyon dollarlıq təzminat paketi ödəməyə səs verdiklərini bildiriblər. “Bloomberg”in məlumatına görə, bu, ABŞ tarixində bir şirkət rəhbərinə verilən ən böyük ödəniş olacaq. Planın on il davam etməsi planlaşdırılır.
Xatırladaq ki, İlon Mask tarixin ən varlı adamıdır. O, “Forbes”in milyarderlər siyahısında birinci yerdə qərarlaşır. Oktyabr ayında sahibkar sərvəti 500 milyard dollara çatan ilk şəxs olub.
Tətbiqimizi yükləyə bilərsiniz