Lebron Ceyms NBA-də mövsümlərin sayına görə rekord vurdu


“Los Anceles Leykers”in hücumçusu Lebron Ceyms mövsümlərin sayına görə Milli Basketbol Assosiasiyasının (NBA) rekordunu müəyyənləşdirib.
Yeniavaz.com
ESPN telekanalına istinadla xəbər verir ki, Ceyms yeni mövsümə “Yuta Caz”la ev oyunu ilə başlayıb.
Məlumata görə, 2025-26 mövsümü amerikalının karyerasında 23-cü mövsüm olub.
Beləliklə, o, mövsüm sayına görə 2020-ci ildə karyerasını başa vuran Vins Karteri geridə qoyub.
Qeyd edək ki, Lebron Ceyms qluteal əzələdəki sinir qıcıqlanması ilə əlaqədar mövsümün başlanğıcını buraxıb.
Xatırladaq ki, Ceymsin 40 yaşı var. Forvard dördqat NBA çempionudur. O, həmçinin, müntəzəm mövsümün və pley-off finallarının ən yaxşı oyuncusudur. O, eyni zamanda NBA-də xal rekorduna sahibdir. ABŞ milli komandası ilə Ceyms üç olimpiya oyununda (2008, 2012, 2024) qızıl, bir olimpiya oyununda (2004) bürünc medal qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top