
Ukrayna qüvvələri Rusiyaya qarşı zərbələr zamanı Amerikanın ATACMS uzaqmənzilli ballistik raketlərindən istifadə edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, hücumun hədəfi dəqiqləşdirilməmiş Rusiya ərazisindəki hərbi obyektlər olub:
“Bu, Ukraynanın öz suverenliyinə sarsılmaz sadiqliyini vurğulayan əlamətdar hadisədir”.
Ukrayna ordusu əlavə edib ki, onlar uzaqmənzilli silahlardan, xüsusən də ATACMS-dən istifadə etməyə davam edəcəklər.
Tətbiqimizi yükləyə bilərsiniz