
“Zəngəzur dəhlizi — Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündə”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
“Bu körpü Şanxaydan Londona uzanan Şərq–Qərb marşrutu, Hind okeanını Şimal dənizi ilə birləşdirən Şimal–Cənub və eyni zamanda Fars körfəzi ilə Qara dənizi əlaqələndirən Cənub-Qərb marşrutlarının kəsişdiyi, əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm qovşaqdır”, - o deyib.
Tətbiqimizi yükləyə bilərsiniz