
2026-cı ildə təxminən 318 milyon insan kəskin qida çatışmazlığı ilə üzləşə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat BMT-nin Ümumdünya Ərzaq Proqramının hesabatında öz əksini tapıb.
Sənəddə həmçinin, bu göstəricinin 2019-cu ilin göstəricisindən iki dəfə çox olduğu qeyd edilib.
“Lakin qlobal miqyasda humanitar maliyyələşdirmənin azalması Ümumdünya Ərzaq Proqramını ehtiyacı olanların təxminən üçdə birinə ərzaq yardımına üstünlük verməyə məcbur edir. 2026-cı ildə təşkilat 110 milyon ən həssas insana çatmağı planlaşdırır və bunun üçün təxminən 13 milyard dollar nəzərdə tutur”, - hesabatında bildirilib.
Təşkilat həmçinin, mövcud maliyyələşdirmə proqnozlarının Ümumdünya Ərzaq Proqramının bu məbləğin yalnız yarısını ala biləcəyini göstərdiyini qeyd edb.
Digər tərəfdən, BMT-nin Ümumdünya Ərzaq Proqramı qlobal ərzaq böhranının 2026-cı ildə həll edilməyəcəyini proqnozlaşdırır. Çünki münaqişələrin, ekstremal təbiət hadisələrinin və iqtisadi qeyri-sabitliyin növbəti ildə kəskin ərzaq təhlükəsizliyinə səbəb olacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz