
Çinin “Alibaba Cloud” texnoloji şirkəti “Qwen” adlı pulsuz virtual köməkçi proqramını təqdim edib.
Yeniavaz.com xəbər verir ki, tərtibatçı tezliklə “ChatGPT” ilə rəqabət aparmaq üçün çatbotunun beynəlxalq versiyasını istifadəyə verəcəyini açıqlayıb.
Tətbiq “Alibaba Cloud”un öz açıq mənbəli dil modelinə əsaslanır.
Çatbot istifadəçilərlə müxtəlif dillərdə danışa bilər. Çatbot, həmçinin şəxsi süni intellekt köməkçisi kimi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulur.
Qeyd edək ki, bu ilin fevral ayında “Alibaba Cloud”un ana şirkəti olan “Alibaba” bulud platformalarının və süni intellekt infrastrukturlarının yaradılması üçün üç il ərzində 380 milyard yuan (təxminən 52 milyard dollar) sərmayə qoyacağını bildirib.
Xatırladaq ki, Çin süni intellekt sahəsində böyük inkişaf dövrü yaşayır. Bu sahədə əsas liderlər “Alibaba”, “Baidu”, “DeepSeek”, “Moonshot AI”, “Tencent” və “Zhipu AI” şirkətləridir.
Tətbiqimizi yükləyə bilərsiniz