Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb – Son rəqəmlər


Bu ilin oktyabrında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 493,7 min dollar təşkil edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni ayı ilə müqayisədə 50,1 min dollar və ya təxminən 11,3% artım deməkdir.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında 330,4 min dollar olan idxal 2025-ci ilin oktyabrında 401,4 min dollara yüksələrək 71 min dollar və ya 21,5% artım göstərib.
Onu da bildirək ki, idxaldan fərqli olaraq ixracda azalma qeydə alınıb. Ötən ilin oktyabrında Azərbaycandan Rusiyaya 122,2 min dollar dəyərində məhsul ixrac edildiyi halda, bu ilin oktyabrında bu göstərici 92,3 min dollara düşüb. Nəticədə ixracda 29,9 min dollar və ya 24,5% azalma olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top