
“Bonhams” hərrac evi Pol Uokerin “Forsaj 2” filmindən 2001-ci ildə istehsal olunmuş “Mitsubishi Lancer Evolution VII” avtomobilini satmağa hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Motorious” portalı məlumat yayıb.
Məlumata görə, avtomobil noyabrın 21-dən 28-dək Parisdə və onlayn nümayiş olunacaq kino avtomobilləri kolleksiyasının əsas lotu olacaq.
Avtomobillərin bütün kolleksiyasını Fransanın “Movie Cars Central” muzeyi tərdim edir. Kolleksiyaya səkkiz tanınmış avtomobil daxildir. Bu avtonobillər arasında ən məşhuru isə “Mitsubishi Lancer Evolution VII” avtomobildir. Avtomobili Kreyq Liberman hazırlayıb. Onun iki litrlik turbomühərrikinin gücü 280 at gücündən 330 at gücünə yüksəldilib.
Maşın tam işlək vəziyyətdədir, həmçinin çəkilişini və istehsalını təsdiq edən sənədlərlə birlikdə təqdim edilir.
Avtomobilə ilkin qiymət qoyulmasa da, “Bonhams” hərrac evi son qiymətin 290 min dollarla 580 min dollar arasında olacağını təxmin edir.
Bununla belə, avtomobil Norveçdə qeydiyyata alındığından, xarici alıcılar idxal zamanı əlavə rüsum və vergiləri nəzərə almalı olacaqlar.
Kolleksiyaya daxil olan digər məşhur avtomobillər isə bunlardır:
“Forsaj 7”dən 1970-ci il “Dodge Charger”, “Forsaj 4”dən 1986-cı il “Buick Grand National”, “Con Uik 2”dən 1969-cu il ”Ford Mustang Mach”, “Taksi 2”dən 1999-cu il “Peugeot 406 V6”, “Qara paltarlı adamlar”dan 1987-ci il “Ford LTD Crown Victoria”, “Gələcəyə Qayıdış 2“dən “Gen Winfield” və “Betmen Stant Şou”dan 1989-cu il “Betmobil”.
Tətbiqimizi yükləyə bilərsiniz