Holandan unikal rekord


Norveç milli futbol komandasının hücumçusu Erlinq Holan Dünya Çempionatının seçmə turnirində Avropa komandaları arasında ən çox qol vurmaq rekordunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, qrup mərhələsinin son matçında İtaliyaya qarşı (4-1) oyunda 2 qol vurması Holanın qollarının sayını 16-ya çatdırıb.
Son dəfə bu nəticəyə 2018-ci ildə Rusiyada keçiriləcək Dünya Çempionatının seçmə mərhələsində polşalı Robert Levandovski nail olub.
Portuqaliyalı Kriştianu Ronaldo isə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində ən çox 15 qola imza atıb.
Qeyd edək ki, dünya üzrə dünya çempionatının seçmə turnirində ən çox qol vurma rekorduna İran millisinin keçmiş yarımmüdafiəçisi Kərim Baqeri sahibdir. Belə ki, o, 1998-ci il dünya çempionatının seçmə mərhələsində 19 dəfə fərqlənib.

DİGƏR XƏBƏRLƏR

Top