
Bu ilin ilk 9 ayı ərzində Azərbaycanda doğulanların sayı 72 min 210 nəfər, vəfat edənlərin sayı isə 44 min 409 nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə üzrə əhalinin hər 1 000 nəfərinə düşən doğulanların sayı 9,4, ölənlərin sayı isə 5,8 təşkil edib.
Azərbaycanda doğulanların və ölənlərin sayını nəzərə aldıqda, ölkə üzrə qeydə alınan təbii artımın 27 min 801 nəfər və ya əhalinin hər 1 000 nəfərinə 3,6 olduğu görünür.
Məlumat üçün bildirək ki, Azərbaycanda təbii artımın ən yüksək olduğu rayon Yardımlı rayonu olub. Bu rayonda 9 ay ərzində 763 doğum, 220 ölüm qeydə alınıb. Yardımlıda əhalinin hər 1 000 nəfərinə düşən təbii artım 10,5 təşkil edib.
Ən az təbii artım isə Gəncə şəhərində qeydə alınıb. Gəncədə əhalinin hər 1 000 nəfərinə düşən təbii artım 0,1 olub. Belə ki, bu ilin ilk 9 ayında Gəncədə 1 620 nəfər doğulub, 1 594 nəfər vəfat edib.
Azərbaycanda şəhər və rayonlar arasında təbii artımın olmadığı yeganə yer Naftalan şəhəri olub. Bu ilin ilk 9 ayında Naftalanda 55 doğum, 57 ölüm halı qeydə alınıb ki, nəticədə şəhərdə əhalinin hər 1 000 nəfərinə düşən təbii artım mənfi 0,3 təşkil edib.
Bu ilin yanvar–sentyabr aylarında ölkənin şəhər və rayonlarında qeydə alınan əhalinin hər 1 000 nəfərinə düşən təbii artım belə olub:
Yardımlı rayonu – 10,5
Qobustan rayonu – 9,2
Cəlilabad rayonu – 8,4
Xocalı rayonu – 8,0
Lerik rayonu – 7,7
Biləsuvar rayonu – 7,6
Astara rayonu – 7,1
Laçın rayonu – 6,6
Şamaxı rayonu – 6,1
Sabirabad rayonu – 6,5
Ağsu rayonu – 6,3
Samux rayonu – 6,3
Kəlbəcər rayonu – 6,0
Kürdəmir rayonu – 5,9
Qəbələ rayonu – 5,7
Quba rayonu – 5,7
Zərdab rayonu – 5,7
Ağdərə rayonu – 5,4
Füzuli rayonu – 5,3
Göygöl rayonu – 5,3
Ağcabədi rayonu – 5,2
Oğuz rayonu – 5,2
Masallı rayonu – 4,5
Şuşa rayonu – 4,5
Göyçay rayonu – 4,5
Ucar rayonu – 4,5
Bərdə rayonu – 4,8
Ağdam rayonu – 4,3
Goranboy rayonu – 4,2
Cəbrayıl rayonu – 4,2
Sədərək rayonu – 4,2
Tovuz rayonu – 4,4
Ağdaş rayonu – 4,0
Xaçmaz rayonu – 4,0
Qubadlı rayonu – 3,8
Şəmkir rayonu – 3,7
Şərur rayonu – 3,7
Culfa rayonu – 3,7
Kəngərli rayonu – 3,1
Zəngilan rayonu – 3,4
Qax rayonu – 3,0
Gədəbəy rayonu – 2,9
Xızı rayonu – 2,7
Zaqatala rayonu – 2,6
Balakən rayonu – 2,6
Qazax rayonu – 2,5
Xətai rayonu – 2,5
Yasamal rayonu – 2,5
Abşeron rayonu – 2,5
Şirvan şəhəri – 2,5
Suraxanı rayonu – 2,1
Xəzər rayonu – 2,2
Şəki rayonu – 2,3
Nizami rayonu – 1,9
Nərimanov rayonu – 1,7
Sabunçu rayonu – 1,7
Binəqədi rayonu – 1,6
Sumqayıt şəhəri – 1,2
Naxçıvan şəhəri – 1,4
Şahbuz rayonu – 1,1
Ordubad rayonu – 0,9
Səbail rayonu – 0,9
Nəsimi rayonu – 0,9
Pirallahı rayonu – 0,2
Gəncə şəhəri – 0,1
Naftalan şəhəri – “-0,3” (azalma)
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz