“Napoli”də Kontenin əvəzedicisi müəyyənləşdirilib


İtaliyanın “Napoli” klubunun rəhbərliyi Antonio Kontenin baş məşqçi postunu tərk etmək ehtimalına qarşı Tyaqo Motta ilə əlaqə saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Paskuale Quarro məlumat verib.
Məlumata görə, Antonio Kontenin bazar ertəsi planlaşdırılan “Napoli”yə qayıdışı ciddi şübhə altındadır. Belə ki, iki tərəf arasında münasibətlər son günlər olduğu kimi gərgin olaraq qalır. Digər tərəfdən, Aurelio De Laurentis baş məşqçiyə heç bir təzminat ödəməməkdə qərarlıdır.
Klubun prezidenti məşqçisinə izah edib ki, əgər söhbət istefadan gedirsə, istefa qərarını o verməlidir. Həmçinin, Konte kluba qayıtsa belə, yenə də klubla vacib məsələləri həll etməlidir.
“Napoli” istənilən ehtimala hazır olmaq üçün artıq Tyaqo Motta ilə əlaqə saxlayıb”, - Quarro sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Konte A Seriyasının 11-ci turunda “Bolonya”ya 0:2 hesablı məğlubiyyətdən sonra bir həftəlik məzuniyyətə çıxıb.
56 yaşlı mütəxəssisin bu gün işə qayıdacağı gözlənilir. Hələlik onun köməkçisi Kristian Stellini komandanın məşqinə rəhbərlik edir.
Xatırladaq ki, “Napoli” hazırda liqada lider olan “İnter”dən 2 xal geri qalır və turnir cədvəlində 4-cü yerdə qərarlaşır.

DİGƏR XƏBƏRLƏR

Top