
Bu ilin oktyabr ayına olan vəziyyətə görə, ölkədə iribuynuzlu mal-qaranın sayı 2 milyon 438,8 min baş, onlardan inək və camışların sayı isə 1 milyon 218 min baş təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, qoyun və keçilərin ümumi sayı isə 6 milyon 763,7 min baş olub.
Müqayisə üçün qeyd edək ki, ötən ilin oktyabrında iri buynuzlu mal-qaranın sayı 2 milyon 489,3 min baş, qoyun və keçilərin sayı isə 7 milyon 5,7 min baş olub. Nəticədə, bir il ərzində iri buynuzlu heyvanların sayı 50,5 min baş, qoyun və keçilərin sayı isə 242 min baş azalıb.
Onu da bildirək ki, 2021-ci ildən etibarən heyvandarlıq sektorunda tədrici azalma müşahidə olunub. Məsələn, 2021-ci ilin oktyabrında 2 milyon 666,6 min baş iri buynuzlu mal-qara və 8 milyon 197,3 min baş qoyun-keçi qeydə alınıb. Son beş il ərzində bu göstəricilər müvafiq olaraq 227,8 min və 1 milyon 433,6 min baş azalıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz