
Bu gün Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sonuncu - 6-cı tur matçına çıxıb.
Yeniavaz.com xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda evdə Fransanı qəbul edir.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 21:00-da başlayıb. Oyunu Latviyadan olan hakimlər briqadası idarə edir.
***
Renat Dadaşov 4-cü dəqiqədə millimizi hesabda önə çıxarır.
***
17-ci dəqiqədə Fransa millisi Matetanın qolu ilə hesabı bərabərləşdirdi.
***
Akliuş 30-cu dəqiqədə Fransa millisini hesabda önə keçirdi.
***
Kefrem Türam 46-cı dəqiqədə Fransanın 3-cü qolunu vurdu.
***
İlk hissə başa çatıb
***
Oyunda ikinci hissə başlayıb
***
Oyun 1:3 hesabı ilə başa çatdı.
Tətbiqimizi yükləyə bilərsiniz