
DÇ-2026 Avropa seçmə mərhələsində daha bir oyun baş tutub.
Yeniavaz.com xəbər verir ki, F qrupunda Portuqaliya milli komandası öz meydanında Ermənistan yığmasını sınağa çəkib.
Matç Portuqaliya komandasının böyük üstünlüyü ilə yekunlaşıb və qarşılaşmanın hesabı 9:1 olub.
Bu nəticə Portuqaliya yığmasının DÇ-2026-ya birbaşa vəsiqə əldə etməsini təmin edib. Xatırladaq ki, mundiala yollanmağa artıq Fransa, İngiltərə və Xorvatiya milliləri də haqq qazanıblar.
Tətbiqimizi yükləyə bilərsiniz