İran prezidenti Türkiyə ilə dəmir yolu əməkdaşlıq müqaviləsini təsdiqləyib


İran Prezidenti Məsud Pezeşkian İranın Yollar və Şəhərsalma Nazirliyi ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq sazişini təsiqləyib.
Yeniavaz.com
 “Mehr” agentliyinə istinadən xəbər verir ki, sazişin mətninə görə, razılaşma 2025-ci il fevralın 19-da İran parlamentinin açıq iclasında təsdiqlənib. Daha sonra sənəd İran Konstitusiyasının 112-ci maddəsinə əsasən oktyabrın 29-da millətin mənafeyinə uyğun hesab edilərək ratifikasiya olunub.
Yeni sazişin İran və Türkiyə arasında nəqliyyat sahəsində əməkdaşlığın güclənməsinə, regionda dəmir yolu əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top