İsraildə 27 yaşlı şəxs İrana casusluqda ittiham olunur


İsrail prokurorluğu İran agentlərinə İsrailin strateji obyektləri — o cümlədən hərbi və hərbi-hava bazaları haqqında məlumatlar ötürdüyü iddia olunan şəxsə qarşı casusluq ittihamı irəli sürüb.
Yeniavaz.com
“Times of Israel”ə istinadla xəbər verir ki, sözügedən şəxs, həmçinin ehtiyatda olan hərbi qulluqçu olan sevgilisindən əldə etdiyi məlumatları İran tərəfinə ötürüb.
“İttiham olunan 27 yaşlı Şimon Azarzar oktyabr ayında sevgilisi ilə birlikdə təhlükəsizlik qaydalarının pozulması şübhəsi ilə saxlanılıb. Məlumata görə, o, sevgilisinin Hərbi Hava Qüvvələrinin ehtiyat bazasında xidmət keçdiyi müddətdə ondan məlumatlar əldə edib. Hər iki şəxs Hayfanın şimalında yerləşən Kiryyat Yam şəhərində yaşayırlar.
Polisin bildirdiyinə görə, Azarzar İsrailin gizli obyektlərinin fotolarını və yerləşmə məlumatlarını ötürüb, bəzən isə İsrail Müdafiə Ordusunun bazalarından əldə olunmuş mühüm məlumatları himayədarlarına göndərməyi təklif edib.
Polis əlavə edib ki, o, İrana məxsus kəşfiyyat agentləri ilə bir ildən artıq müddətdə əlaqədə olub və casusluq tapşırıqlarını yerinə yetirdiyinə görə rəqəmsal ödənişlər alıb. Rəsmi şəxslər onun sevgilisinə qarşı da ittiham irəli sürülüb-sürülməyəcəyini dəqiqləşdirməyiblər. Bu gün səhər Hayfa dairə məhkəməsində ona rəsmi ittiham elan edilib”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top