
İstanbulda tikintisi davam edən “Kabataş” metro stansiyasında işçilərin olduğu inşaat bölməsində çökmə meydana gəlib.
Yeniavaz.com “Hürriyet”ə istinadla xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub və dağıntılar altından üç işçi yaralı vəziyyətdə çıxarılıb.
Bildirilir ki, xəstəxanaya çatdırılan işçilərdən Səlahəddin Ərdoğanı həkimlərin səyinə baxmayaraq xilas etmək mükün olmayıb. Digər yaralıların müalicəsi davam etdirilir.
Hadisənin səbəbləri araşdırılır.
Tətbiqimizi yükləyə bilərsiniz