
Xroniki yuxu çatışmazlığı immunitet sistemində problemlərə və çəki artımına səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə psixoloq və yuxu mütəxəssisi Syu Pikok “Metro”ya danışıb.
Pikok izah edib ki, yuxu zamanı immunitet sistemi infeksiyalarla mübarizə aparan sitokinlər - qoruyucu maddələr istehsal edir:
“Sitokinlər yuxunu təşviq edir və beləliklə, bədəni xəstəliklərdən qorumaq üçün immunitet sistemini daha çox enerji ilə təmin edir. İnsan kifayət qədər yuxu almadıqda, bu maddələrin istehsalı azalır, xəstəliyə qarşı həssaslığı artırır və sağalmanı uzadır”.
Bundan əlavə, mütəxəssis qeyd edib ki, yuxu olmaması narahatlığa səbəb olur və bu da öz növbəsində yuxuya mane olur:
“Yuxunun olmaması həmçinin müsbət dünyagörüşü saxlamaq qabiliyyətini azaldır, iştahı artırır, həddindən artıq yeməyə və nəticədə çəki artımına səbəb olur. Yuxu olmaması tiroid hormonlarının səviyyəsinə mənfi təsir göstərə bilər və qadınlarda menstruasiya pozuntularına və aşağı düşməyə səbəb ola bilər”.
Tətbiqimizi yükləyə bilərsiniz