
Abu Dabidə ötən il oxşar desertin yayıldığı Dubayın izinə düşərək eksklüziv şokolad hazırlanıb.
Yeniavaz.com xəbər verir ki, yeni “Abu Dhabi şokoladı” filippinli aşpaz Nuel Katis tərəfindən yaradılıb.
Onun əlamətdar xüsusiyyəti zəfəran və hil ilə xurma və tahinli içlikdir. Şokoladın özü yeməli qızıl folqa ilə örtülüb.
Xatırladaq ki, püstə pastası və kadayıf xəmiri ilə məşhurlaşan “Dubay şokoladı” 2024-cü ilin yayında internet sensasiyasına çevrilib. “Duty Free” pərakəndə satış şirkətlərinin məlumatına görə, 2025-ci ilin birinci yarısında Dubayda bu desertdən dəyəri 45 milyon dollar təşkil edən 2,5 milyon ədəd satılıb.
Tətbiqimizi yükləyə bilərsiniz