Rusiyada hərbi təyyarə qəzaya uğradı − Ekipaj həlak oldu


Rusiyanın Kareliya respublikasında Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində ekipaj həlak olub.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, təyyarə Moskva vaxtı ilə saat 19:00 radələrində (Bakı vaxtı ilə 20:00 - red.) sursatsız planlı təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Nazirlik bildirir ki, qırıcı təyyarə yaşayış olmayan əraziyə düşüb.

DİGƏR XƏBƏRLƏR

Top