Sarkozi bu tarixdə yenidən hakim qarşısına çıxacaq


Fransanın keçmiş prezidenti Nikola Sarkozinin seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işi üzrə apellyasiya məhkəməsi 2026-cı il martın 16-da başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Paris Apelyasiya Məhkəməsinin kommünikesində bildirilib.
“Seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi ilə bağlı iş 2026-cı il martın 16-dan iyunun 3-dək Apellyasiya Məhkəməsi tərəfindən baxılacaq”, - mətndə qeyd edilib.
İşə məhkəmənin cəzaçəkmə palatasında baxılacağı bildirilir.
Qeyd edək ki, 2007-2012-ci illərdə prezident vəzifəsini icra edən 70 yaşlı keçmiş Fransa prezidenti sentyabrın 25-də seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirilməsi işində cinayətkar qruplaşmada iştirakda təqsirli bilinib. Lakin o, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb. Bununla belə, məhkəmə Sarkozini 5 il müddətinə azadlıqdan məhrum edib. Oktyabrın 21-də 21 gün qaldığı Parisin 14-cü rayonunda yerləşən Sante həbsxanasında bir nəfərlik kamerada cəza çəkməyə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top