Qazaxıstana at əti ixracı 7,1 dəfə artıb, diri at ixracı isə 3,5 dəfə azalıb


Azərbaycan bu ilin sentyabr ayı ərzində Qazaxıstana 20 ton at əti ixrac edib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Qazaxıstana satılan at ətinin bir kiloqramının orta gömrük dəyəri 2 dollar (3,4 manat) olub.
Qeyd edək ki, bu ilin əvvəlindən ötən 9 ay ərzində Azərbaycan Qazaxıstana ümumilikdə 100 ton at əti göndərib.
Onu da bildirək ki, at ətindən başqa, Azərbaycan bu il xarici ölkələrə 1 662 baş diri ətlik at satıb. Belə ki, Qazaxıstana 465 baş, Qırğızıstana 454 baş, Özbəkistana 664 baş, Türkiyəyə isə 79 baş at ixrac edilib. Azərbaycanın ixrac etdiyi bir baş atın orta gömrük dəyəri 207 dollar (352 manat) olub.
Məlumat üçün bildrək ki, ötən ilin eyni dövründə Azərbaycan Qazaxıstana 14 ton at əti, 1644 baş diri at ixrac edib. Açıqlanan rəqəmlərdən də göründyü kimi, ötən ilin analoji dövrü ilə müqayisədə Qazaxıstana at əti ixracı 7,1 dəfə artıb, diri at ixracı isə 3,5 dəfə azalıb.
Xatırladaq ki, İslam ölkələri (Orta Asiya istisna olmaqla) və ingilisdilli ölkələr at ətini istehlak etməyən ölkələr hesab olunur. Fransa, İtaliya, Belçika, Almaniya və Orta Asiya ölkələri başda olmaqla digər ölkələrdə ən çox istifadə olunan ət növlərindən biri at ətidir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top